Xəritəçəkmə operatoru (yalnız rus dili bilən)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500 AZN. 4MAPS BİLGİ TEKNOLOJİLERİ MMC Xəritəçəkmə operatoru (yalnız rus dili bilən) vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • GİS verilənlər bazasının bütövlüyünü, təhlükəsizliyini və effektiv işini təmin olunması;
  • Xüsusi xəritələr, kartoqrafik prinsiplərdən istifadə edərək hesabatlar hazırlanması;
  • Komponent qatlarının və məkan məlumatlarının quruluşunun inkişafı; rəqəmsal məlumatları əldə etmək, toplamaq, mübadilə etmək, bölüşmək və inteqrasiya etmək;
  • Geodatabase baxım və gündəlik əməliyyatlar üçün geoprocessing modelləri və piton skriptləri yaradılması;
  • Müxtəlif layihələrin həcminin müəyyənləşdirilərək müvafiq verilənlər bazalarının təşkili;
  • GİS texniki sənədləri və təqdimatları hazırlamaq;
  • Əcnəbi rəhbərin görüşlərində Rus və Gürcü  dilinə şifahi tərcümələrin edilməsi
  • Tapşırıqların düzgün, vaxtında və planlı şəkildə yerinə yetirilməsi;
  • Rəhbərin tapşırıqlarını (e-mail, təqdimat və s.) Azərbaycan dilinə və eləcə də Rus və Gürcü dilinə tərcümə edilməsi;

Namizəd üçün tələblər:

  • Yaş 22-30 aralığı
  • Ali təhsil (Coğrafiya, informatika, planlaşdırma, mühəndislik və ya yaxından əlaqəli bir sahə üzrə)
  • Həm şifahi, həm də yazılı Rus və Gürcü dillərində mükəmməl ünsiyyət bacarığı
  • QGİS və ArcGİS proqram və texnologiyaları haqqında biliklərə malik olmalı
  • QGİS və ArcGİS üzrə minimum 2 il təcrübə
  • Məsuliyyətli, ünsiyyətcil və aktiv olmalı
  • Ofis proqramları ilə işləmə bacarığı (MS Office, MS Excell, MS Outlook)

İş şəraiti: Ofis daxili; AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

İş yeri: Azure Business Center (Xətai rayonu, 8 Noyabr pr.15)

İş qrafiki: I-V günlər, Saat: 09:00-18:00, Nahar fasiləsi: 13:00-14:00, İstirahət günü: Şənbə və Bazar.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Xəritəçəkmə operatoru” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Əlaqə məlumatları: (012) 488 67 20

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı