Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir.

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Ali təhsil: Qida mühəndisliyi və ya oxşar sahə üzrə
  • Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır
  • Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 3-5 illik iş təcrübəsinin olması
  • Rus və İngilis-dilini bilməsi arzu olunandır
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
  • MS Office proqramları (Word,  Excel, Outlook), 1C proqramı üzrə biliklər.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi,
  • Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərini icra etmək,
  • İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək,
  • Prosedur və təlimatlara, sanitar-gigyena norma və qaydalarına riayət edilməsinə nəzrət və təmin etmək,
  • Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək,
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək,
  • Uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə mlumat vermək,
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və öhdəlikləri vaxtında və lazımınca icra etmək.

Əmək haqqı: 800 – 1000 manat.

İş qrafiki: 6 günlük

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan