Xadimə
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Dəmir Yolları QSC Xadimə vəzifəsi üzrə vakansiya elan edir.

Xadimə  (Zabrat 1 dayanacağı, Zabrat 2 dayanacağı, Fatmayı-Goradil dayanacağı)

Şirkət haqqında

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yüklərin, sərnişinlərin, poçtun və baqajın dəmir yolları ilə daşınmasını təmin edən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir.

İşin təsviri:

  • Vağzal ərazisinin, inzibati binalarda yerləşən xidməti otaqların, dəhlizlərin, pilləkənlərin, qovşaqların, ictimai ayaqyolunun və s. təmizliyinin təmin olunması;
  • Tozların alınması, əllə və ya maşın və mexanizmlərin köməyi ilə divarların, döşəmənin, pəncərə çərçivələrinin və şüşələrin, mebel və xalçaların süpürülüb silinməsi və yuyulması;
  • Zibil qablarının kağızdan təmizlənməsi, dezinfeksiya məhlulu ilə yuyulması, zibilin yığılması və ona ayrılmış yerlərə aparılması;
  • Yığışdırılan yerlərdə sanitar və gigiyena qaydalarına riayət edilməsi.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Otaqların silinməsi və təmiz saxlanılmasında sanitar və gigiyena qaydaları;
  • Xidmət olunan avadanlıq və mexanizmlərin təyinatı və quruluşu;
  • Yığışdırma qaydası, yuyucu və dezinfeksiyaedici vasitələrin konsentrasiyası və ondan istifadənin təhlükəsizlik qaydası, sanitar-texniki istismar qaydası.

 İş qrafiki : Növbəli

Müraciət etmə qaydaları:

Vakansiya ilə maraqlanan namizədlərdən CV formalarını mövzu yerinə “Xadimə” yazaraq cv@ady.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl