Minaaxtaran
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir.

Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsi üzrə fəaliyyət göstərən “Qaya Safety Solutions” MMC namizədləri  mövcud olan “Minaaxtaran Müdavim ” vəzifəsinə müraciət etməklə “Minaaxtaran” peşəsinə yiyələnmədən öncə TƏLİM-də iştirak etməyə olmağa dəvət edir.

“Müdavim” olaraq Təlim müddətində Əmək haqqı aylıq 345 AZN-dir.

Təlim barədə məlumat:

  • Minatəmizləmə və partlamamış sursatların aşkar edilməsi fəaliyyəti üzrə təlimdə iştirak etməsi və bütün qaydaları öyrənilməsi;
  • Partlamamış sursatların aşkarlanmasında iştirak etməsi üçün ayrılmış iş sahəsində təlimdə iştirak etməsi;
  • Qəbul edilmiş təlim məlumatlarının tam və düzgün şəkildə qeydə alınması;
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etməsi.

Təlim şəraiti:

  • Təlim yeri: Cəbrayıl rayonu;
  • Təlimin qrafiki: 6 günlük; Həftənin bazar günü istirahət.
  • Gündə 3 dəfə yemək ilə təmin edilmə;
  • Yaşayış yeri ilə təmin edilmə (düşərgə);
  • Peşəkar Təlimçilər və kollektiv.

Namizədə tələblər:

  • Orta ixtisas təhsil;
  • İş stajı minimum 2 il (istənilən fəaliyyət sahəsində ümumi iş təcrübəsi);
  • Komanda ilə çalışma bacarığına sahib olmalı;
  • Fiziki tam sağlam olmalı;
  • Hərbi xidmət keçməli;
  • Hərbi xidmətdə istehkamçı vəzifəsində olan namizədlərə üstünlük veriləcək;
  • Yaş 22-35;
  • Sürücülük vəsiqəsi arzuolunur;
  • Namizədin yaşayış yeri Bakı və Sumqayıt şəhərindən olmalıdır.

Təlim müddətində:

“Minaaxtaran” peşəsinə yiyələnmədən öncə namizəd bir ay (və ya 6 həftə) müddətinə kursda tədrisə cəlb olunur, nəzəri biliklər tədris edilir və praktiki məşğələlər aparılır, kurs sonunda imtahanlardan keçir.  “Minaaxtaran, müdavim” təlim müddəti ərzində heç bir işə cəlb edilmir, sahəyə buraxılmır və yalnız təlimlərdə iştirak edir.

Kurs müddətində Cəbrayıl rayonu ərazisinə daxil olmaları üçün Əmək müqaviləsi tələb olunması və namizədə bu müddətdə maddi dəstək göstərilməsi məqsədilə minimum əməkhaqqı ödənilir (345 AZN).

Təlim müddəti sonra:

Tədris müddəti bitdikdən, imtahanları uğurla başa vurduqdan və akkreditasiyadan keçdikdən sonra həmin şəxslər işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi sahəsi üzrə əmək fəaliyyətinə “Minaaxtaran” vəzifəsi olaraq işə başlayırlar. Aylıq əmək haqqı ilkin 3 ay 800 azn ilə işə qəbul edilir və 3 aydan sonra 930 azn olaraq maaş dəyişilir. Namizəd gün ərzində 3 dəfə yeməklə və yaşayış yeri təmin edilir, Könüllü tibbi sığorta və Fərdi sığorta ilə sığortalanır. Əmək müqaviləsində qeyd edilən istirahət və bayram günü yaşadığı ünvana servis avtobusu ilə təmin olunur. Əmək haqqı ödənişi hər ayın 01-05 dəkdir.

Təlim sonunda keçirilən imtahandan müsbət nəticə əldə etməyən müdavimin Əmək müqaviləsi ləğv ediləcək (cünki Minaaxtaran, müdavim peşəsi üzrə Əmək müqaviləsi təlim müddətinə bağlanır).

Təlimə qəbul (İşə qəbul) olunmadan öncə bütün namizədlər şirkət hesabına tam tibbi yoxlanışdan və narkoloji testdən keçirilirlər.

Maraqlanan şəxlər office@qayasafetysolutions.com ünvanına və yaxud 0512525586 nömrəsinə müraciət edə bilərlər.

 

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı