Universal Aşpaz
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

CHAILAB restoranına Universal Aşpaz axtarılır

Vəzifə Öhdəlikləri:

  • Menyudakı yeməkləri sifarişlərə uyğun olaraq hazırlamaq;
  • Kütləvi istehlak üçün isti və soyuq qəlyanaltıların, şorbaların, əsas xörəklərin, xəmirdən məmulatların, çərəz və məzələrin hazırlanması;
  • İşgənələrin (ət suyu, həlimlərin yarmadan, ətdən, balıqdan, sümükdən, tərəvəzdən və s.), adi, mürəkkəb, unlu, südlü, duru, qatı, soyuq, şirin və s. şorbaların hazırlanması;
  • Yeməklərin keyfiyyətini yoxlamaq və bişirmə texnikasına nəzarət, yeməklərin hazırlanmasında komandaya rəhbərlik etmək;
  • Xörək əlavələrinin müxtəlif növlərinin hazırlanması;
  • Ətdən, balıqdan, tərəvəzdən, yarmalardan pörtlədilmiş, qızardılmış, bişirilmiş əsas xörəklərin hazırlanması;
  •  Müxtəlif xəmirlərin (mayalı və mayasız) qarışdırılması və ondan məmulatların hazırlanması;
  • Hazır məhsulun çıxımını: qızardılma, qaynadılma, pörtlədilmə, fırında bişmə və bişirilmə formalarında miqdar və həcmlərin dəyişmə faizlərini; hazır məhsulun və yarımfabrikatların saxlanılması və satışı müddətlərinə nəzarət etmək;
  • Qida gigiyena qaydalarına ciddi riayət olunmasını təmin etmək;
  • Məhsulları düzgün istifadə etmək və ehtiyata nəzarət etmək.

Bizim üçün uyğun namizəd:

  • Aşpaz sahəsində müxtəlif sertifikatlara malik olmalı;
  • Aşpaz peşəsi üzrə restoran səhəsində ən azı 3 il iş təcrübəsi olmalı (İri həcmli məlumatlarla işləmək bacarığı);
  • Komandada işləmək bacarığı;
  • İşində məsuliyyətli və ciddi olmalı;
  • Təmizliyə xüsusi diqqət yetirməlidir

İş şərtləri:

  • Əmək haqqı: 1200 AZN (net) + bonus
  • Nahar və uniforma müəssisə tərəfindən təmin edilir.
  • İşə qəbul tam rəsmi olaraq ARƏM uyğun olaraq həyata kecirilir.

Müraciət qaydası:

  • CV-lər e-mail ünvanına göndərilməlidir; hrchailab@gmail.com
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Geofizika üzrə təcrübəçi

AT-Geotech MMC "Geofizika üzrə təcrübəçi" vəzifəsi üçün namizəd elan edir. ...

AT-Geotech MMC

03.05.2024 - Xırdalan

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl