Topoqraf
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Təhsil: Topoqrafiya, aqrokimya və torpaqşünaslıq, geodeziya, yerquruluşu və yaxud onlara ekvivalent üzrə ali təhsil diplomu
İş təcrübəsi: Topoqrafiya, aqrokimya və torpaqşünaslıq, geodeziya, yerquruluşu və yaxud onlara ekvivalent sahədə ən azı 3 illik iş təcrübəsi

Tələb olunan bilik və bacarıqlar:

  • Kənd təsərrüfatı, torpaq məcəlləsi və ətraf mühitin mühafizəsi sahələrində yerli qanunvericilik aktları, qərarları, sərəncamları və digər normativ aktlar, hüquqi sənədlər, standartlar barədə biliyə malik olması;
  • Topoqrafiq cihaz və alətlərdən inamlı istifadə;
  • Proqramları, xüsusilə topoqrafik məsələlərlə əlaqədar ixtisaslaşmış proqramları dərindən bilmək;
  • GPS-GNSS və digər topoqrafik cihaz və avadanlıqları ilə işləmək və çəkiliş bacarıqlarının olması;
  • Elektron taxeometri və yeraltı kommunikasiyaların yerləşdiyi yeri və dərinliyi müəyyənləşdirmək üçün cihaz və digər vasitələrlə işləmək bacarığı;
  • İlkin sahə (tarla) məlumatlarının / göstəricilərinin işlənməsi bacarıqları;

Vəzifə öhdəlikləri:

  • Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
  • Kartoqrafiq işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi;
  • Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması;
  • Xüsusi, dəqiq geodeziya avadanlıqları ilə çöl və kameral geodeziya işlərinin icrası, qravimetrik işlərin yerinə yetirilməsi;
  • Xüsusi ölçmə işlərinin qurulması;
  • Torpaq analizi üçün torpaq nümunələrinin götürülməsi;
  • Torpaq nümunələrinin “Mobi lab” cihazı ilə təhlil edilməsi;
  • Topoqrafiya xəritəsinin (planının) müxtəlif üsullarla yaradılması, çöl və kameral topoqrafiq planlama işlərinin aparılması;
  • Ərazidə topoqrafiya və geodeziya işlərinin aparılmasına bələdçilik etmək.

Dil bacarıqları: Azərbaycan dili (səlis), İngilis dili (B2)

Komputer bacarıqları: MS Office, AutoCad, AutoCad Civil, ArGIS, ERDASS, Global Mapper, Google Earth, LEICA GSI, Cad Tools

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı