Tikintinin təşkili və layihələri üzrə baş mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Bizim Market Tikintinin təşkili və layihələri üzrə baş mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur.

Namizədə olan tələblər:

  • İnşaat və tikinti sahəsi üzrə Ali təhsil;
  • İnşaat sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi
  • Kompyuter bilikləri – MS Office, Autocad proqramlarını mükəmməl bilmək

Vəzifə üzrə tələblər:

  • Layihələrin sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək,
  • Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək
  • Tabeçiliyində olan işçi heyətini və subpodrat şirkət heyətini layihə hədəfi doğrultusunda idarə etmək,
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək,
  • Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək,
  • Materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanmasına nəzarət və onlardan səmərəli istifadə olunmasını təmin etmək.Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək,
  • Sahəni həmişə nəzarətdə saxlamaq, o cümlədən tikinti işləri ilə, heyətlə, layihə dəyişikliyi ilə bağlı problemlərinin aradan qaldırılmasını vaxtında və effektiv formada həyata keçirmək,
  • İşçi layihələri oxumaq, layihədə olan konstruktiv və texnoloji xətaları aşkar etmək,
  • Tikintinin strukturunu formalaşdırmaq, sistemini qurmaq, mərkəzi ofisi və layihələrlə effektiv koordinasiyalı işləmək,
  • Rəhbəri olduğu sahədə təhlükəsiz iş şəraitinin qurulmasını və davamlılığını təmin etmək.
  • Smetaların hazırlanmasına nəzarət etmək.
  • Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak etmək

İş şəraiti:

  • 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı yüksəkdir və müsahibə əsasında təyin olunacaq

Vakansiyaya müraciət üçün CV-ləri “Tikintinin təşkili və tikinti layihələri üzrə baş mühəndis” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı