Tikintidə Keyfiyyətə Nəzarət üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Facility Management Group Tikintidə Keyfiyyətə Nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Link: https://qlor.me/lv1z5wycv0

Təsvir

  • Tikintidə keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
  • Podratçı və təchizatçılar ilə keyfiyyətə yoxlamaları həyata keçirir;
  • Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;
  • Tikinti sahəsinin daxili və xarici auditlərində iştirak edir;
  • Keyfiyyətə nəzarət planını hazırlayır və rəhbərliyə təqdim edir;
  • Mülkiyyətçi ilə keyfiyyət tələblərinin planlamasını təşkil edir;
  • Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
  • Müəyyən edilmiş qaydada Departamentin və Şöbənin vəzifə və funksiyalarına aid edilmiş məsələlərlə  əlaqədar olaraq SOCAR-ın struktur bölmələrində, eləcə də digər hüquqi və fiziki şəxslərlə münasibətlərdə  SOCAR-ı təmsil etmək;
  • Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki  xidmət işlərinə nəzarəti həyata keçimək;
  • Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ  sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
  • Tikinti-quraşdırma işlərinin “İcraat Bəyanatı”-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək ;
  • Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin  olunmasına nəzarət etmək;
  • Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı  təmin etmək;
  •  İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;
  • Inşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla  bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
  • Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;
  • Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
  • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
  • Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarətfunksiyasını icra etmək.

Tələblər

  • Ali təhsil;
  • Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
  • Yüksək kommunikasiya bacarıqları;
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
  • Strateji baxış formalaşdırma bacarıqları;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • ISO standartları üzrə biliklər (üstünlükdür);
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Dil bilikləri: Azərbaycan dili; ingilis dili (üstünlükdür) rus dili (üstünlükdür).

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı