Tikinti üzrə qrup rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. UNICO Tikinti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.Müvafiq sahədə ən az 5 il təcrübə olmalıdır.

Vəzifə və öhdəliklər:

  • Tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
  • İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat layihəsini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək və layihənin əvvəldən axıra kimi koordinasiyasını təmin etmək;
  • Tikinti obyektləri üçün lazımi sənədlərin alınmasını təmin etmək;
  • Material, işçi heyəti və podratçı ehtiyaclarını əvvəlcədən müəyyən etmək;
  • Günlük və aylıq məruzələr hazırlamaq;
  • Xərclər barədə məlumatları müəyyən olunmuş formalarda saxlamaq;
  • Tikinti sahəsində daşınma işlərini həyata keçirmək;
  • Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
  • Qurulacaq əsas iş prosesinə uyğun təlimatlar hazırlamaq;

Vakansiya ilə bağlı tələblər:

  • Ali texniki təhsil
  • Müvafiq sahədə ən az 5 il təcrübə
  • Dil bilikləri:azərbaycan,rus və ingilis.
  • Məsuliyyət və dəqiqlik
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarına yaxşı bələd olmaq

Şərtlər:

  • AR Əmək Qanunvericiliyə üyğun rəsmi qeydiyyat
  • Əmək haqqı kartla
  • Tibbi sığorta
  • Şirkət hesabına nahar
  • İş vaxtı: 5 gün, 09:00-dan 18:00-dək, şənbə günü 10:00-dan 15:00-dək
  • Bazar günü istirahət günüdür

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Tikinti üzrə qrup rəhbəri” yazaraq Zenfira.Bagirova@unico.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı