Tikinti işləri üzrə aparıcı mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Şirkət : Azerconnect
Funksiya : Şəbəkə Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 30 June 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

Tikinti işləri üzrə aparıcı mühəndis olaraq sizin vəzifə öhdəlikləriniz

  • Azərbaycan Respublikasının tikinti normalarına və qaydalarına əsaslanan Azerconnect standartlarına, eləcə də GSM, CDMA, LTE və gələcək texnologiyalar məhsulları üçün beynəlxalq spesifikasiyalara və standartlara uyğun olaraq Giriş Şəbəkəsi mülkü tikinti layihələrini idarə etmək;
  • Işlərin həcmini müəyyən etmək, cizgiləri, sahələrə çəkilən xərclərin qiymətlənməsi üçün sənədlər hazırlanmaq, layihə və tikinti araşdırmalarını həyata keçirmək;
  • Tikinti yoxlamalarını həyata keçirmək, texniki nəzarət və təhlil aparmaq, təyin olunmuş ərazidə tikinti mərhələlərindən məsul olan podratçı tərəfindən görülən işləri təsdiqləmək;
  • Digər şöbələrlə məsləhətləşərək sahə tikintisinin mühəndis və texniki aspektləri üzrə texniki yardım göstərmək;
  • Sahələrin tikintisi zamanı tikinti işlərinin keyfiyyətlə aparılması üçün mühəndis baxışı aparmaq, podratçılar tərəfindən tikinti normalarına və qaydalarına riayət etmək;

Vəzifənin tələbləri:

  • Mühəndislik (İnşaat, Radiorabitə/Telekommunikasiya) sahəsində ali təhsil;
  • İnşaat Mühəndisliyi sahəsində minimum 2-4 il iş təcrübəsi;
  • Azərbaycan, ingilis dillərini səlis bilmək,(rus dili arzu olunandır);
  • MS Ofis proqramlarını və Auto CAD proqramını yaxşı bilmək;
  • Sürücülük vəsiqəsi;
  • Ünsiyyət bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Qərar vermə bacarığı;
  • Təzyiq altında işləmək bacarığı;

Müraciət etmək üçün:

Müraciət etmək üçün bu linkə keçid alın.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az  səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “Tikinti işləri üzrə aparıcı mühəndis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı