Tikinti üzrə iş icraçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azconstruction QSC Tikinti üzrə iş icraçısı vəzifəsi üzrə vakansiya elan edir. Tikinti layihələrində ən az 3 illik təcrübə olmalıdı

İş barədə məlumat:

  • Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir.
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti quraşdırma işlərinin cəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir.
  • İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir.

Tələblər:

  • Ali təhsil (Sənaye və mülki tikinti).
  • Tikinti layihələrində ən az 3 illik təcrübə.
  • Məsuliyyətli, dəqiq və peşakar.
  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını bilməli.
  • Ms Office(Outlook, Word, Excel), Autocad proqramlarında işləmə bacarığı.
  • Dil bilikləri : Azərbaycan və rus dilində səlis danışa bilməli ,ingilis dilini orta səviyyədə.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli.
  • İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli.

İş şəraiti:

  • İş qrafiki: Həftənin 1-5 günləri : 08:00-dan 17:45-dək, Şənbə günü : 08:00-dan 16:00-dək.
  • Nahar şirkət tərəfindən verilir.
  • AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlərdənCV-lərini mövzü yerinə Tikinti üzrə iç icraçısı yazaraq göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı