Texnoloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ELMANADO Mühəndis Texnoloq vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat  :

  • Mühəndis-texnoloq, müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlayır;
  • İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən təşkil edir;
  • Sexdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
  • Xammala,materiala, əmək sərfinə qənaəti təşkil edir;
  • Məhsulun, işlərin(xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkili, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət edir;
  • Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasında yaxından iştirak edir;
  • Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir;
  • Fabrikin sexlərində keyfiyyət müşavirələrində iştirak edir, texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır;
  • Texnolji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılması təşkil edir;
  • Zay və keyfiyyətsiz məhsul buraxılışının və istehsal qəzaları səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması, qəzaların qarşısının alınması tədbirlərinin hazırlanmasında fəal iştirak edir;
  • İş qrafiki :Həftənin 6 günü,  1 gün istirahət;
  • Ünvan: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığında yerləşən ” ELMANADO ” Ayaqqabı Fabrikası.

Namizədə tələblər :

  • Ali-texniki təhsil;
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001 (Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatlı olmalıdır.
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis Texnoloq” yazaraq orucovagunel714@gmail.com ünvanına göndərilməsi xahiş olunur

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı