Texniki nəzarət üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Aral Group Baku Texniki nəzarət üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
  • Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
  • Sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
  • Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
  • Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;
  • Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;
  • Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
  • Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək.

Tələblər:

  • Namizədə tələblər:
  • Müvafiq vəzifə üzrə iş təcrübəsi;
  • Tam ali təhsil (İnşaat – mülki tikinti ixtisası üzrə);
  • MS Office və Autocad proqramlarını yüksək səviyyədə bilmək.
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Texniki nəzarət  üzrə mühəndis” qeyd etməklə şəkilli CV-nizi hr@aralgroupbaku.com elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı