Texniki istehsalat şöbəsinin mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AR GROUP İNŞAAT MMC Texniki istehsalat şöbəsinin mühəndisivəzifəsi üzrə vakansiya elan edir.

İş haqqında

  • – Layihə əsasında həcmlərin hesablanması (ümumi inşaat)
    – Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarının analiz edilməsi və smeta sənədinin hazırlanması, layihə-smeta sənədlərin vaxtında təhvil verilməsinin təmin edilməsi
    – Təsdiq edilmiş hesabatlara əsasən material silgisi hesabatlarının hazırlanması
    – Hazırlanmış smetaya, Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə uyğun olaraq nəzarətin həyata keçirilməsi
    – Obyektlərin inşası üçün texniki sənədləşmənin hazırlanmasında iştirak edilməsi
    – İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, layihə sənədlərində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin həcmini və realizasiya müddətinin müəyyən edilməsi
    – Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi
    – Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması
    – Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi
    – Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi
    – Layihəyə dair aylıq texniki hesabatların, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi
    – Sahələrdən gələn texniki hesabatların yoxlanması
    – Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
    – 5 günlük iş qrafiki (09:00-dan – 18:00-dək)

Tələblər

  • Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi
  • İnşaat mühəndisliyi üzrə ali təhsil
  • Eskiz və işçi layihəni oxuma bacarığı
  • Kompyuter biliyi: MS Excel, AutoCad, internet
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı CV-lərinizi “TİŞ – mühəndis” başlığı ilə göndərməyiniz xahiş olunur

Əlaqə nömrəsi: (055) 233-35-32

(012) 505-23-05

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı