Təlim və İnkişaf üzrə Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Təlim və İnkişaf üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. İngilis və ya Rus dilini səlis bilməlidir.

Şirkət haqqında : 1995-cü ildə fəaliyyətə başlayan “Inci Group Of Company” MMC- nin əsas fəaliyyətini Satış və Distributor Şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış üzrə Şirkətin Bakı şəhəri və regionlarda dağıtım anbarları və satış komandaları vardır.

Vəzifənin adı : Təlim və İnkişaf üzrə Menecer

Namizədə dair tələblər:

  • Ali təhsilli;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini mükəmməl bilməli;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan, İngilis və ya Rus dilini səlis bilmək (yazılı və şifahi)
  • Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməsi tələb olunur;
  • Güclü ünsiyyət və danışıq aparmaq bacarığı;
  • Vəzifələrin icrası üçün çalışqan olmaq;
  • Komanda daxilində işləmək istəyi və bacarığı;
  • Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
  • Təşkilatın missiyasına sadiqlik;
  • Yaş : 25-40;

İş barədə məlumat:

  • Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən etmək;
  • Təşkilatının təlim strategiyasının formalaşdırmaq;
  • Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
  • İşə yeni qəbul olunan işçilər üçün tanışlıq sessiyaları keçirmək və iş yerində təlimlər aparmaq;
  • Şirkət əməkdaşları üçün davamlı texniki təlimlər və fərdi inkişaf kursları təşkil etmək və ya keçirmək;
  • Çoxpilləli qiymətləndirmə sistemini yaradaraq və tətbiq edərək əməkdaşların işinə
    treyninqin verdiyi töhfəni qiymətləndirmək;
  • İşçilər üçün təlim kitabçaları və materialları, multimedia əyani vəsaitləri və digər tədris materiallarını hazırlamaq;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Şirkətin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisənin əməkdaşlarının vəzifə təlimatlarının hazırlanması və müəsissədə tətbiq olunması
  • Bütün fəaliyyətini Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

İş qrafiki : 5 gün (09:00-18:00)

İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında

Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı – hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Müraciət üçün son tarix: 04.10.2020

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı