Taxıl kompleksinin laborantı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Agro Dairy Taxıl kompleksinin laborantı vəzifəsi üzrə vakansiya elan edir.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agro Dairy MMC” Taxıl kompleksinin Laborantı” vəzifəsinə işə qəbul elan edir.

Vəzifələri:

  • İl ərzində silolarda, anbarlarda saxlanılan məhsulların (buğda, arpa, qarğıdalı, soya və s.) keyfiyyət göstəricilərini yoxlanılması;
  • Azərbaycanın yerli bazarı üçün zəruri olan keyfiyyət parametrlərinin yoxlanılması üçün təhlillər aparılması;
  • Bütün saxlanılan məhsulların miqdarı və keyfiyyəti barədə tam təsəvvür yaranması üçün silo menecerinə mütəmadi hesabat verilməsi, zərurət olarsa satış menecerini məlumatlandırması;
  • Dəqiq nəticələrin vaxtında alınması üçün hazırlanmış metodlara uyğun olaraq nümunələrin sınaqdan keçirilməsi;
  • Bütün analiz nəticələrinin dəqiq və mütəşəkkil uçotunun (hesabatını) aparılması, nəticələrin bazada yerləşdirilməsini və saxlanmasının təmin edilməsi
  • Laboratoriyada avadanlıq, cihaz və s. inventarlardan düzgün istifadə edilməsinə, əməkdaşlar tərəfindən texniki təhlükəsizlik, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməsi
  • Analitik bacarıqlar
  • Yeni üsulları öyrənmək və yeni məhsullarla işləmək bacarığı
  • Tez qavrama bacarığı, çalışqanlıq

Tələblər:

  • Dənli taxıl bitkilərinin saxlanılması və emalı sahəsində ali/orta ixtisas təhsili və ya ona müvafiq ixtisas təhsili;
  • Dənli taxıl məhsullarının analizi laboratoriyasında və ya ona yaxın sahədə ən azı 1 il iş təcrübəsi;
  • Zəruri hallarda ezamiyyələrə getmə imkanlarının
  • İngilis dili biliyi (üstünlük hesab olunacaq)

Əlavə Məlumatlar:

İş yeri – Hacıqabul şəhəri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@agrodairy.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Taxıl kompleksinin Laborantı” şəklində göstərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı