Saatlı PİEZ filialında kadrlar üzrə müfəttiş-tabelçi (kiçik mütəxəssis)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzərPambıq ASK MMC Saatlı PİEZ filialında kadrlar üzrə müfəttiş-tabelçi (kiçik mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanmasında iştirak etmək;
  • Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin sənədləşdirilməsində iştirak etmək;
  • İşçilərin şəxsi işçilərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi;
  • İşçilərin (ZKTeco) cihazı vasitəsi ilə davamiyyətinin yoxlanılması və nəzarət olunması;
  • Kargüzarlıq jurnallarında müvafiq qeydlərin aparılmasında iştirak etmək;
  • Kadr əməliyyatları ilə bağlı verilmiş əmrlərin 1C ERP proqramına daxil edilməsi;
  • Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi;
  • Müfəttiş-tabelçi vəzifəsində işləyən işçi məzuniyyətdə olduğu dövrdə qanunvericiliyə uyğun boş vəzifəni müvəqqəti icra etmək.

Tələblər

  • Ali təhsil
  • İş təcrübəsi 1 ildən az olmayaraq
  • Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək
  • İş rejimi: 6 gün
  • Həftədə 40 saat
  • İş yeri Saatlı rayonunda yerləşdiyinə görə yalnız həmin rayonda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.

Link: https://qlor.me/lc66n888

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı