Təmir-tikinti üzrə iş icraçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Grand-Agro LLC Təmir-tikinti üzrə iş icraçısı vəzifəsi üzrə vakansiya elan edir. Prosedur və qaydalara riayət etməlidir.

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat:

  • İş yeri – Qala-Türkan qəsəbəsi
  • İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
  • Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
  • Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – Təmir-tikinti üzrə iş icraçısı (İnşaat mühəndisi)

Vəzifə öhdəlikləri:

  • Təmir, tikinti, texniki xidmətlə bağlı tapşırılan işlərin vaxtında, keyfiyyətli və təhlükəsiz şəkildə həll olunmasını təmin edir və nəzarət edir.
  • Alınan iş tapşırıqlarını təhlil edir, problemin həll yolunun ardıcıllığını düzgün müəyyən edir və iççilərinə görəcəyi işlər barəsində ətraflı məlumat verir.
  • Təmir və tikinti işləri üçün lazım olan materialları müəyyənləşdirir və sifariş edir.
  • Tabeliyində olan işçilərə rəhbərlik edir, iş tapşırıqlarını düzgün izah edir və gördükləri işə nəzarət edir.
  • Tabeçiliyində olan işçiləri lazım olan material, alət və ehtiyat hissələri ilə təmin edir.
  • Tabeçiliyində olan işçilərin iş fəaliyyəti üçün şirkət tərəfindən təmin edilmiş ləvazimat, texnika, nəqliyyat və digər vasitələri qorumaq və istismar qaydalarına riayət edir.
  • Tabeçiliyində olan işçilərə əmək mühafizə qaydaları haqqında təlimatlar verir və işçilərə bu qaydalara riayət edymələrini tələb edir.
  • Tikinti üçün lazım olan materialların siyahısını müəyyən edir, sifariş edir və istifadə edilmiş materialların aktlar və müvafiq sənədlər əsasında silinməsini aparır.

Tələblər:

  • Təhsil : Təhsil – Ali (İnşaat mühəndisliyi )
  • Təcrübə: Əlaqədar sahədə minimum 3 -5 il
  • Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
  • İT üzrə biliklər: Autocad, Ms. Office, Excell əla səviyyədə

Texniki Bacarıqlar:

  • Binalar, obyektlər və konstruksiyalar tikmək üçün tələb olunan materiallar, metodlar və müvafiq alətlər barədə biliklər
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları
  • Texniki planların, eskizlərin, sxemlərin və modellərin hazırlanması və istifadəsi prosesinə cəlb olunan dizayn texnikası, prinsiplər, aətlər və qurğular barədə biliklər

Səriştəlik:

  • Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
  • Problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
  • Prinsip və Dəyərlərə sadiqlik
  • Prosedur və qaydalara riayət etmək
  • Operativlik və İcra etmək bacarığı
  • Detallara fikir vermə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “İş icraçısı” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı