Standarlaşdırma və metrologiya üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT-İK MMC Standarlaşdırma və metrologiya üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununa və müvafiq iş təlimatlarına uyğun olaraq filial və məntəqələrdə metroloji təminat üzrə işləri yerinə yetirmək, istismarda olan ölçmə vasitələrinin kalibrlənməsini təmin etmək;
  • Metrolji təminatının yaxşılaşdırılması, ölçmə vasitələri və sınaq avadanlıqlarının təkmilləşdirilməsi istiqamətində yeni təklif və layihələrin hazırlanmasında iştirak etmək;
  • İstismar olunan və istismara yeni daxil edilən ölçmə vasitələrinin kalibrlənməsi dövriliyini müəyyən etmək və bunun yerinə yetirilməsi üçün təqvim-cədvəl hazırlamaq;
  • Ölçmə vasitələrinin vaxtaşırı (dövlət və beynəlxalq standartlara, mövcud normativ sənədlərə və iş təlimatlarına uyğun) kalibrlənməsini  yerinə yetirmək;
  • Alınan nəticələri laboratoriya iş dəftərində qeyd etmək, kalibrləmə nəticələrindən ibarət kalibrləmə sertifikatı tərtib etmək
  • Cihaz və avadanlıqların texniki qulluğunu yerinə yetirmək;
  • İş  yerini, istifadə etdiyi avadanlığı, cihazları təmiz və işə hazır vəziyyətdə saxlamaq;
  • Lazım  olan  normativ  sənədlərin , yoxlama  metodikalarının  hazırlamaq və razılaşdırılaraq  təsdiq  olunması  üzrə  işləri yerinə yetirmək;
  • Yeni ölçmə vasitə və metodlarının  seçilməsi üzrə işləri yerinə yetirmək, onların yerinə yetirilməsi metodikasını işləyib hazırlamaq;
  • Nəzarət-ölçü cihazlarının vəziyyəti ilə əlaqədar texnoloji prosesdə yaranmış xətaların səbəblərinin analiz edilməsində və bu xətaların aradan qaldırılmasında iştirak etmək;
  • Ölçmələrin dəqiqliyinin nizamlanması və daha da artırılması sahəsində dövlət və beynəlxalq standartların, digər normativ sənədlərin tətbiq edilməsində iştirak etməlidir;
  • Müəssisəyə yeni daxil olmuş ölçmə vasitələrinin texniki qəbulunu həyata keçirmək;
  • Metroloji təminatla bağlı hesabat hazırlamaq;
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək.
  • Şöbə rəisinin verdiyi tapşırıqları vaxtında icra etmək və mulamat vermək;
  • Beynəlxalq ISO 17025 Standartının tələblərinə uyğun sistem sənədlərinin daimi işlək vəziyyətdə saxlanmasında yaxından iştirak etmək;
  • Ölçmə vasitələrinin kalibrlənmə nəticələrinə uyğun olaraq kalibrlənmə sertifikatı hazırladıqda Qeyri-müəyyənliyin hesablanmasını yerinə yetirmək;
  • Regionlara ezamiyyə getmə imkanına sahib olmaq;

Tələblər:

  • Təhsil: Ali (Standartlaşdırma və metrologiya üzrə ) – mütləq şərtdir
  • Ölçmə vasitələrinin kalibrlənməsi və qeyri müəyyənliyin hesablanması üzrə bacarıq və bilik
  • İş təcrübəsi tələb olunmur
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı
  • Ünsiyyət qurmaq bacarığı
  • Komanda ilə işləmək bacarmağı
  • Məsuliyyətlilik, diqqət və dəqiqlik

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Standartlaşdırma və metrologiya üzrə mütəxəssis” mövzusu ilə göndərə bilərsiniz. Yalnız müvafiq başlıqla ünvanlanmış CV nümunələrinə baxış keçiriləcək.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı