Smeta mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1200-1500 AZN. Amal Group Smeta mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət və təşkilati bacarığı olmalıdır.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İnşaat mühəndisi, Mülki və Sənaye Tikintisi mühəndisliyi),
  • Kompüter bilikləri: MS Office proqramları, 1C, Autocad, digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: Yüksək mərtəbəli binaların tikintisi sahəsində 3 ildən az olmayaraq iş stajı.
  • Analitik düşüncə qabiliyyəti və analiz etmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Layihə üzrə verilmiş memarlıq və konstruktiv sxemlər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasının tərtib edilməsi;
  • Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  • Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak edilməsi, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
  • Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;

Bilik və bacarıqlar:

  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının və aidiyyatlı təşkilatların əsasnamələrini, sərəncamlarını, əmrlərini və digər normativ hüquqi aktlarını;
  • Sahənin və təşkilatın texniki və iqtisadi inkişaf perspektivlərini;
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s.
  • İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
  • Əmək haqqı: 1200-1500 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
  • Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “smeta mühəndisi” adını qeyd edərək göndərmələri xahiş olunur.
  • Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
  • Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı