Smeta mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Amal Group Smeta mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət və təşkilati bacarığı olmalıdır.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə),
  • Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, digər proqram bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: Müvafiq sahədə 3 ildən az olmayaraq iş stajı;
  • Punktual və ünsiyyətcil olması;
  • Analitik düşüncə bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
  • Təşkilatçılıq bacarıqlarına malik olmalı;
  • Detallara diqqət yetirməyi bacarmalı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
  • Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli

Vəzifə öhdəlikləri:

  • Layihələrin hazırlanması üçün məlumatların toplanması və təmin edilməsi;
  • Memarlıq Layihəsi, Konstruktiv hesabat və Dizayn Layihəsi sənədlərinə uyğun ümumi tikinti və təmir işləri üzrə iş həcmlərinin çıxarılması və detallı Smetaların hazırlanması;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək;
  • Material sərfini və tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini təmin etmək;
  • Layihəyə dair aylıq texniki hesabatları tərtib etmək (Forma 2, Forma 3, Xərc analizi) və hesabatlarla (Material, Texniki, Aktlar) işləməyi bacarmaq;
  • Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;

İş qrafiki:

  • bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Smeta mühəndisi” adını qeyd edərək g.huseynova@amalgroup.az ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı