Sex rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Damla Mebel MMC Sex rəisi vəzifəsi üzrə vakansiya elan edir. Microsoft office proqramlarından istifadə bacarığı olmalıdır.

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Sex rəisi

Vəzifə öhdəlikləri:

  • Sexin işinin təşkili və idarə edilməsi.
  • İstehsal texnologiyasını (avadanlıqların texniki göstəricilərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək;
  • Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex işçilərini daimi məlumatlandırmaq;
  • Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
  • Məhsulun istehsalı və qablaşmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək;
  • Aylıq qoyulan istehsal planını icra etmək;
  • İstehsal müdirinə hesabatları hazırlayıb təqdim etmək.

Namizədə tələblər:

  • Ali Təhsilli
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
  • Təşkilati və analitik bacarıqlar;
  • Microsoft office proqramlarından istifadə bacarığı.

İş şərtləri:

  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Əmək haqqı: Əməkdaşın biliyinə, bacarığına və təcrübəsinə uyğun müəyyən ediləcək;
  • Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
  • İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
  • İşçilərin daşınması üçün servis xidməti var.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı