SƏTƏM üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerconnect LLC SƏTƏM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Telekom vəya texniki sahədə iş təcrübəsi üstünlükdür.

Vakansiya haqqında:

Şirkət : Azerconnect MMC
Şöbə : Biznesin Davamlılığı, Böhran Vəziyyətinin İdarə Edilməsi və SƏTƏM
İş qrafiki : Standart
Son müraciət tarixi: 10 Sentyabr 2020
İş yeri : Bakı şəhəri və regionlar

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • İş şəraitində riskləri qiymətləndirmək və müvafiq tədbirlərin görülməsində iştirak etmək.
  • Baş vermiş iş qəzalarının səbəblərinin təhlili üçün lazımi məlumatları toplamaq.
  • Sahələrdə əməyin və sağlamlığın mühafizəsi, texniki və elektrik təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək.
  • Sahələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək.
  • Şirkətin daxili prosedur və qaydalar, qanunvericilik və beynalxalq standartların tələb və normalarının pozulması ilə əlaqədar sahələrdə aşkar olunmuş halların hesabatını hazırlamaq
  • Sahələrdə ətraf mühitin mühafizəsi normalarının icrasına nəzarət etmək.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (Tenxniki və mühəndislik ixtisaslarına üstünlük verilir. Lakin mütləq deyil)
  • SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi.
  • Telekom vəya texniki sahədə iş təcrübəsi üstünlükdür.
  • Sürücülük vəsiqəsi və mexaniki sürətlər qutusuna malik avtomobili idarəetmə bacarığı mütləqdir.

Sizdən tələb olunan bacarıq və səriştəliklər

  • SƏTƏM proseslərini əhatə edən sertifikasiya (hündürlükdə iş, elektrik təhlükəsizliyi, insidentlərin araşdırılması, və s.)
  • İSO 14001, İSO 45001/OHSAS 18001 standartlarının əsas prinsiplərini bilmək.
  • SƏTƏM-ə aid yerli qanunvericiliyin tələblərini bilmək.

Müraciət etmək üçün

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “SƏTƏM üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı