SƏTƏM üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Abşeron Logistika Mərkəzi SƏTƏM üzrə mütəxəssis üzrə vakansiya elan edir. Əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir.

“Abşeron Logistika” MMC “Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Mərkəzin işçilərinə təhlükəsizlik tələbləri üzrə ilkin və planlı təlimlər keçmək;
  • Əməyin təhlükəsizliyi tələbləri üzrə xüsusi geyim normalarına nəzarət etmək;
  • İş proseslərində olan təhlükələri müəyyən etmək, onların təsir dərəcələrini qiymətləndirmək, tənzimləyici tədbirləri planlamaq;
  • İşçilərin əməyin təhlükəsizliyi tələblərinə riayət etməsini qiymətləndirmək, kənarlaşmaların qeydiyyatını aparmaq və əlavə tədbirlər görmək;
  • Mərkəzin təhlükəsizlik vasitələrinin istifadəyə yararlı olmasını yoxlamaq və yararlığını təmin etmək;
  • Mərkəzin bölmə rəhbərləri ilə birlikdə bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlər hazırlmaq, bu tədbirlərin icrasını tənzimləmək;
  • Mərkəz qonaqlarını və müştərilərini təhlükəsizlik tələbləri üzrə məlumatlandırmaq.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili arzuolunandır;
  • ISO standartlarının əsas prinsiplərini bilməlidir;
  • SƏTƏM-ə aid yerli qanunvericiliyin tələblərini bilməlidir;
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@absheronport.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SƏTƏMM üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı