SƏTƏM Nəzarətçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə.. Norm OJSC SƏTƏM Nəzarətçisi vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Əməyin mühafizəsi və ya buna bənzər sahədə ali bakalavr təhsili
  • Aparıcı vəzifələrdə işləmə təcrübəsi arzu olunandır
  • SƏTƏM sahəsində 4-5 il iş təcrübəsi
  • Əməyin Mühafizəsi , Sanitariya və Gigiyena ,Ətraf Mühit və Ekologiya  ilə əlaqədar Yerli qanunvericiliyin və beynəlxalq standartlarla tələbləri barədə xəbərdar olmaq
  • ISO 45001; ISO 9001; ISO 14001 standartlarının tələblər
  • Ən azı orta səviyyədə ingilis dili biliyi
  • NVQ diplom, NEBOSH sertifikatı olanlara üstünlük verilir

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi
  • OHSAS 18001 standartlarının tələblərinin yerinə yetirlməsinin təmini
  • Şirkətdə SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Gündəlik yoxlamalarına aparılmasına nəzarət
  • İstehsalatda və tikintidə baş verən bədbəxt hadisələrin araşdırılması, və Bütün Qəza Təhqiqat Hesabatlarının bağlanması prosesini tamamlamaq və əldə olunmuş nəticələri Sətəm üzrə Müdirə təqdim etmək
  • Qəza Ehtimalı/Risk/Müşahidə Hesabatlarını araşdırıb rəhbərliyə təqdim etmək
  • Mülki Müdafiə üzrə təlimlərin, Mülki Müdafiə ilə əlaqəli sənədlərin hazırlanması və icrası
  • Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi
  • Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini
  • Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət
  • API Spec Q1, ISO 9001, OHSAS 18001 standartlarının tələblərinə cavab verən prosedur, təlimat, siyasət və formaların hazırlanması, tətbiqinin izlənilməsi və illik auditə hazırlıq
  • Şöbənin işçi seçimi və illik təlim planının hazırlanması
  • Şöbənin məqsədlərinin yerinə yetirilməsini təmin etmək üçün SƏTƏM üzrə Müdirə və komandaya effektiv SƏTƏM siyasətlərinin, təlimatlarının və prosedurlarının planlaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsində dəstək olmaq
  • Şirkət və 3-cü tərəflərə əməyin mühafizəsi,və təhlükəsizlik məsələlərinin bütün aspektlərində dəstək vermək.
  • Təyin edilmiş SƏTƏM Mütəxəssislərinin iş öhdəlikləri baxımından öz vəzifələrini yerinə yetirmələrini və bütün podratçı SƏTƏM ilə eyni şəkildə əlaqə saxlamalarını təmin etmək
  • Təhlükəsizliyə aid bütün proqramların/prosedurların və sistemlərin bütün şöbə və podratçı bölmələrdə həyata keçirilməsini təmin etmək
  • Uyğunluğun təmin edilməsində birbaşa rəhbərə dəstək olmaq və biznes əməliyyatları sahələrində müntəzəm SƏTƏM auditini həyata keçirmək
  • Şirkətin şöbə və podratçı bölmələr üzrə bütün işçiləri əhatə edən təhlükəli iş təcrübələrini düzəltmək üçün sistemləri əlaqələndirmək və tətbiq etmək
  • Sağlamlıq və Əməyin təhlükəsizliyi qanunvericiliyi, uyğunluq məsələləri ilə birgə tətbiq edilən təşkilatı siyasət və təcrübələr ilə bağlı məsləhət və təlimat verməkdə dəstək göstərmək

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 26.10.22

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı