SƏTƏM üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzərPambıq ASK MMC SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

https://qlor.me/luglh60fnm

Təsvir

  • Filialın iş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edir.
  • İş yerində baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edir.
  • Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında Filialın struktur bölmələrinə köməklik göstərir.
  • İşəgötürənin adından iş yerində əmək şəraitinin vəziyyəti peşə xəstəliyinin səbəbləri və onun əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçilərə informasiya verir.
  • İş yerində bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak edir.
  • Filialın müvafiq bölmələri ilə birlikdə və həmkarlar ittifaqlarının və ya əmək kollektivlərinin vəkil (etibarlı) etdikləri şəxslərinin iştirakı ilə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq və ya yoxlama müayinələrində iştirak edir.
  • Filialın aidiyyəti struktur bölmələrinin rəhbərləri və digər xidmətləri ilə birlikdə iş yerində bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri səviyyəsində çatdıraraq, tədbirlər hazırlayır, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərir.
  • Əməyin mühafizəsi haqqında normativ hüquqi aktların tələblərinə əməl edilməsi üçün tikintisi başa çatmış və yenidənqurulmuş istehsalat təyinatlı obyektlərin istismara qəbul komissiyalarının, həmçinin qurğuların, aqreqatların, dəzgahların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyaların işində iştirak edir. Filialın və müvafiq bölmələrinin rəhbərlərinin iştirakı ilə əməyin mühafizəsi üzrə təlimatların hazırlanması, peşələrin və iş növlərinin siyahısının tərtib edir.
  • Filialın bölmə rəhbərlərinin işçilər üçün əməyin mühafizəsi üzrə təlimatların, əməyin təhlükəsizliyi sistemi standartlarının müəssisə standartlarının hazırlanması və yenidən baxılması zamanı metodiki köməklik göstərir. Yeni işə qəbul olunanlarla, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlayır və təlimat keçir.
  • Əməyin mühafizəsi üzrə təlimatlandırmanın (iş yerlərində ilkin, təkrar, plandan kənar, məqsədli) təlimin və biliklərin yoxlanılmasının təşkilinə metodiki köməklik göstərir.
  • Filialın bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasına metodiki köməklik göstərir.
  • Müvafiq müddətə və müəyyən edilmiş formada əməyin mühafizəsi üzrə hesabat hazırlayır.

Tələblər

  • Müvafiq sahə üzrə ali ixtisas təhsili və istehsalatda 1 ildən az olmayaraq iş stajı;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilmək;
  • MS Windows, MS Office, İnternet və s. üzrə biliklər.
  • İş rejimi: 6 gün
  • Həftədə 40 saat
  • İş yeri İmişli rayonunda yerləşdiyinə görə yalnız həmin rayonda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı