Sahə rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SR Construction Sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Ali təhsil – Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sənayə və Mülki tikinti (PQS)
  • Azərbaycan dili biliyi
  • 28-40 yaş həddi
  • Qeyd olunan vakansiya üzrə ən azı 5 (beş) il iş təcrübəsi
  • Kompüter bilikləri: (1 C 7.7/8.3 UPP), Autocad, MC Project(arzu olunandır), Excel (MÜTLƏQDİR)
  • Analitik düşünmə qabiliyyətinə malik olmalı, diqqətli, gərginliyə davamlı

Vəzifələr:

  • Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət edir;
  • Layihənin iş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra edir;
  • Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
  • Material, işçi və işçi heyəti, həmçinin podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, Texniki ofis rəhbərinə bildirir və onlardan səmərəli istifadə olunmasını təmin edir;
  • Obyektlərin inşası üçün Texniki şöbə tərəfindən tələb olunan texniki sənədləşmə işlərini təşkil edir;
  • Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlayır;
  • Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlayır və Texniki ofis rəhbərinə göndərir;
  • Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək tövsiyələr hazırlayır;
  • Ərazi, nümunələr, sınaq test metodları və istifadə edilən avadanlıqlar ilə bağlı olan təhlükələr və müəssisənin əməyin təhlükəsizliyi prosedurlarını müəyyən edir;
  • Ərazinin yerini, çıxış imkanlarını, vaxt qrafikini tələblərini müəyyən edir;
  • Problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
  • Görülmüş işlərin uçotunu aparır, günlük, aylıq, rüblük, illik statistik hesabatları hazırlayır;
  • Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsinə rəhbərlik edir;

Bilməlidir:

  • Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prinsiplərini
  • Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materiallarını
  • Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını
  • Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-ni elektron ünvana təqdim edə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı