Sahə mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Amal Group Sahə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə),
  • Kompüter bilikləri: MS Office proqramları,digər proqram bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
  • Punktual və ünsiyyətcil olması;
  • Analitik düşüncə bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
  • Təşkilatçılıq bacarıqlarına malik olmalı;
  • Detallara diqqət yetirməyi bacarmalı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
  • Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli

Vəzifə öhdəlikləri

  • Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
  • Layihələr üzrə araşdırmalar etmək;
  • Material sərfini hesablamağı bacarmaq
  • Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq
  • İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
  • Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;
  • İş qrafiki: bazar ertəsi- şənbə 09:00-18:00
    İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
    Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Sahə mühəndisi” adını qeyd edərək g.huseynova@amalgroup.az ünvanına göndərmələri xahiş olunur.
  • Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
    Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı