Saatlı PİEZ filialında Aqronom
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzərPambıq ASK MMC Saatlı PİEZ filialında Aqronom vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Bitkilərin zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı görüləcək işlərin təşkilinə rəhbərlik edir.
  • Rayon bitki mühafizə stansiyalarının nümayəndələri ilə birlikdə kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəliklərin sıxlıq dinamikasını və yayılmasını təyin edir.
  • Bitki mühafizəsi üzrə görüləcək işlər barədə təkliflər verir;
  • Respublika məlumat və xəbərdarlıq laboratoriyasının təqdim etdiyi hesabatlar və təsərrüfatlardan alınan sifarişlər əsasında mübarizə aparılacaq sahələri təyin edir, yerüstü aqreqatlara, kimyəvi və bioloji vasitələrə olan tələbatı müəyyən edir;
  • Bitki mühafizəsi sahəsində görüləcək tədbirlər üzrə aylıq və illik plan hazırlayır və işlərin görülməsini təmin edir. Bitkilərin mühafizəsi və yerüstü xidmət işlərinin tələb olunan pestisidlərlə aparılması üçün onların əldə edilməsini təşkil edir və təsərrüfatlarda bitkilərin mühafizə tədbirlərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
  • Bitkilərin mühafizəsində zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı aparılan tədbirlərdə qabaqcıl təcrübələrin və elmin son nailiyyətlərinin tətbiq edilməsini təmin edir, sınaqdan keçmiş preparatların tətbiqini həyata keçirir;
  • Bitki mühafizəsində mütərəqqi metodlardan düzgün və səmərəli istifadə etmək məqsədi ilə qabaqcıl təcrübənin tətbiq edilməsini həyata keçirir;
  • Bitki mühafizəsində kimyəvi vasitələrdən istifadə olunduqda texniki təhlükəsizliyin təmin olunmasına nəzarət edir.
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər

  • Kənd təsərrüfatı məhsulları istehsalı barədə müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarını, normativ – hüquqi aktları,
  • İşlədiyi təsərrüfatın nizamnaməsini, texniki təhlükəsizlik, yanğına qarşı mühafizə qaydalarını,
  • Torpaq sahələrinin əkin üçün seçilməsi, eroziyadan müdafiəsi və ekoloji mühitin qorunması, suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə bütün təlimatları.
  • Yaş həddi: 20-45
  • Təhsili: Ali təhsil
  • Komputer bilikləri: Microsoft office
  • İş təcrübəsi: Aqrar sahə üzrə işləyənlərə üstünlük verilir.

Link:  https://qlor.me/lv68oxrnpv

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı