Rəqəmsal satış şöbəsinin Mütəxəssisi/Aparıcı Mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kapital Bank  Rəqəmsal satış şöbəsinin Mütəxəssisi/Aparıcı Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Pərakəndə satış Departamentinin Rəqəmsal satış şöbəsinin Mütəxəssisi/Aparıcı Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Bank sahəsində yeni ideya və texnologiyaları araşdırmaq və təkliflər formalaşdırmaq;
  • Ölkə daxili və xarici bazarların araşdırılması və dayanıqlı rəqəmsal məhsullar üzrə təkliflər hazırlanması;
  • Satış və xidmət proseslərinin rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Yeni satış texnikalarının və kanallarının formalaşdırılması;
  • Təklif və istəklərin toplanaraq aidiyyəti strukturlarla müzakirə edilməsi.

Tələblər:

  •  Ali təhsil;
  • CRM sistemləri, Avtomatlaşdırılmış bank sistemləri, BPM sistemləri ilə iş təcrübəsi (arzuolunan);
  • Proqramlaşdırma dilləri, sorğu dilləri (sql), Web servis üzrə anlayışa malik olmaq (arzuolunan);
  • Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olmaq (arzuolunan);
  • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • Təzyiq altında işləmə qabiliyyəti;
  • Güclü təhlil və riyazi biliklər;
  • Təqdimat bacarıqları;
  • Qərar qəbuletmə bacarığı;
  • Ünsiyyətcil və kollektivdə işləmə bacarığı;
  • Bank və ya online satış sahəsində təcrübə arzuolunandır.

Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyatdan keçərək, vakansiyamıza müraciət edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı