Qısa məzmun
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir.
Tabeli qurumlarımızdan biri üçün “Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis” axtarışındayıq!
Vəzifə Öhdəlikləri:
- İşçilərin faktiki iş qrafikləri əsasında aylıq əmək haqqı, məzuniyyət ödənişləri, ezamiyyə sənədləri, xəstəlik vərəqəsi üzrə müavinətlər və digər ödənişlərin dəqiq və vaxtında hesablanmasının təmin edilməsi;
- Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanaraq tutulması və aidiyyəti dövlət orqanlarına təqdim olunan dövri hesabatların hazırlanması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyə və s. ödənişlərin uyğun olaraq 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;
- Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin elektron portalda düzgün şəkildə rəsmləşdirilməsi;
- İşçilərin əməkhaqqısı ilə bağlı sorğularının cavablandırılması, zəruri arayış və məlumatların hazırlanması.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Ali təhsil (Maliyyə, Vergi və ya Mühasibat uçotu sahəsində);
- Əmək haqqı hesablanması üzrə minimum 1 il iş təcrübəsi;
- Vergi məcəlləsi və Əmək qanunvericiliyi, xüsusilə cəmlənmiş uçot və növbəli iş vaxtları, məzuniyyət və ezamiyyət hesablanması ilə bağlı biliklər;
- Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;
- 1C proqramı üzrə biliklər.
- Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis”başlığı ilə career@aztelco.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...