HVAC sistemləri üzrə layihəçi-mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-800 AZN. Kondi.az HVAC sistemləri üzrə layihəçi-mühəndis vəzifəsi üzrə vakansiya elan edir. AutoCAd və Microsoft Office proqramlarında işləməyi bacarmalıdır.

İş barəsində məlumat:

  • Qiymət təkliflərinin və hesabatlarının hazırlanması;
  • Obyektlərdə sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması;
  • Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun tərtibi və yoxlanılması, layihələrin AutoCad proqramında hazırlanması;
  • Avadanlıqların yükünün (gücünün və ya məhsuldarlığının) hesablanması və avadanlıqların seçilməsi, smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi;
  • Əmək haqqı: 600-800 AZN;
  • İş qrafiki: Bazar ertəsi-Cümə, saat 9:00 dan 18:00 a kimi;
  • Qeyri iş günləri: Bayram, şənbə və bazar günləri.

Namizədə tələblər:

  • Yaş həddi: 25-35, Cinsi: Kişi
  • Müvafiq sahə üzrə (HVAC sistemləri) təhsilin olması;
  • Qazanxana, Çiller, VRF (VRV) və havalandırma sistemləri üzrə biliklərin olması;
  • Bu sistemlər üzrə ən azı 2 illik iş təcrübəsininolması;
  • AutoCAd və Microsoft Office proqramlarında işləməyi bacarmalı;
  • Rus və İngilis dillərinin bilməsi üstünlükdür;
  • Dürüst, dəqiq, diqqətli, nizam intizamlı, məsuliyyətli olmalı, kollektivlə işləməyi bacarmalı, tapşırıqları vaxtında yerinə yetirməli.

CV lərinizi info@kondi.az elektron ünvana HVAC üzrə layihəçi-mühəndis mövzusu ilə göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı