Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bank of BakuProblemli Kreditlər üzrə ekspert vəzifəsi üzrə vakansiya elan edir. Minimum 1-3 il iş təcrübəsi olmalıdır.
Əsas vəzifə və öhdəliklər:
- Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
- Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uğun olaraq tədbirlər görür.
- Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir.
Seçim meyarları:
- Ali təhsil
- Kredit təhlili sahəsində təcrübə (mikrokredit təcrübəsi üstünlükdür)
- Səlis nitq qabiliyyəti
- İnandırma qabiliyyəti və məqsədyönlülük
- Azərbaycan dili biliyi – əla;
- Microsoft Office proqramlarında işləmək bacarığı
İş şərtləri:
- İş yeri: Sumqayıt filialı
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Problemli kreditlər – Sumqayıt qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...