Planlama üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Daşkəsən Dəmir Filiz MMC şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Layihə planlama işlərinin həyata keçirilməsi;
  • Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi
  • Layihə üzrə nəzərdə tutulan işlərin iş planının hazırlanması;
  • Layihələrin gedişi haqqında rəhbərliyə hesabatların hazırlanması və təqdim edilməsi;
  • Layihə üzvləri arasında işlərin plana uyğun icrasına nəzarət və koordinasiyasının həyata keçirilməsi
  • Mütəmadi olaraq layihə üzrə statusların Primavera P6/Microsoft Project proqram təminatında yenilənməsi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və icra qrafikinə təsirlərin hesablanması;
  • Layihənin icrasına dair səmərəliliyinin artırılması üçün təkliflərinin hazırlanması.
  • Cəmiyyətin fəaliyyətin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Konsolidə edilmiş menecment və digər hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını vaxtında və tam icra etmək.

Namizədə tələblər:

  • İqtisadiyyat, maliyyə və ya mühəndislik ixtisasları üzrə ali təhsil;
  • Peşəkar təhsil sertifikatlarının olması;
  • Planlama Mühəndisi olaraq ən az 1-3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və İngilis dilləri (Rus dili arzuolunandır)
  • Kompüter bilikləri: MS Office, Primavera P6, Microsoft Project

Digər məlumatlar:

İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Planlama üzrə mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı