Ofis Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Badamlı şirkəti Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat: 

  • Ofis xidmətlərinin təmin edilməsi və nəzarətdə saxlanılması
  • Görüşlərin və tədbirlərin təşkili, müvafiq təqvimlərin tutulması
  • Telefon zənglərinin qəbulu və qeydiyyatının aparılması
  • Müxtəlif kanallardan daxil olan bütün yazılı və şifahi müraciətlərin qeydiyyatının aparılması və nəticələrinin izlənməsi
  • GPS sistemdən müvafiq hesabatların alınması və izlənməsi
  • Sənəd dövriyyəsinin təşkili və reyestrinin aparılması
  • Talonların hazırlanması, işçilərə təqdiminin və hesabatlılığının təmini
  • Poçt, e-poçt və kuryerlə sənədlərin göndərilməsinin təmini
  • Elanların və anonsların yerləşdirilməsi
  • Qonaqların və namizədlərin qarşılanması, yönləndirilməsi və qeydiyyatının aparılması
  • Rəhbərliyə və qonaqlara çay, su, kofe verilməsi
  • Ofis üzrə aylıq dəftərxana ləvazimatları ehtiyaclarının müəyyənləşdirilməsi və tələbin müvafiq bölməyə göndərilməsi
  • Ofisin inzibati işlərinə nəzarət və problemlər haqqında məlumatın vaxtında təqdim edilməsi
  • İşi ilə bağlı müvafiq periodik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • İş qrafiki: həftənin 1-6 günləri
  • İş saatı: 09:00 – 18:00, 6-cı gün qısa iş günü
  • Əmək haqqı: 500 AZN

Namizədə tələblər:

  • Ali təhsil
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Mükəmməl səviyyədə Azərbaycan dili və səlis nitq qabiliyyəti
  • MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
  • Kargüzarlığın aparılması üzrə bilik və təcrübə
  • İdarəetmə, kreativlik, komandada və operativ işləmə bacarıqları
  • İcraçılıq, məhsuliyyət, detallara diqqət və öyrənmə istəyi vacibdir
  • Xanım namizədlərə üstünlük veriləcək.

Tələblərə uyğun namizədlərdən CV-lərini “Ofis menecer” başlığı altında e-ünvanına göndərmələri  xahiş olunur.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı