Ofis meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 450-500 AZN. Technoil LLC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən veriləcək.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi : Müvafiq sahədə minimum 1 il;
  • Kargüzarlıq qaydalarını bilməli;
  • Microsoft Office proqramlarını bilməli;
  • Dil bilikləri : Azərbaycan dilində mükəmməl şifahi və yazılı istifadə, Rus dili və İngilis dili bilikləri orta səviyyədə olmalıdır ;
  • Yalnız Sumqayıt şəhərində yaşayan xanım namizədlər müsahibəyə dəvət olunacaqdır;

Vəzifə öhdəlikləri:

  • Daxil olan telefon zənglərinin cavablandırılması, aidiyyəti şəxslərə yönləndirməsi, faksların göndərməsi;
  • Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, işçilər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
  • Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünü təşkil edilməsi;
  • Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili va beynəlxalq yazışmaların aparılması;
  • Gələn və gedən sənədlərin qeydiyyatı və uçotunu aparılması;
  • Dövlət və qeyri-dövlət təşkilatlarına rəsmi sənədlərin çatdırılması məqsədi ilə kuryer xidməti ilə əlaqə saxlanılması və işlərin koordinasiya edilməsi;
  • Şirkətin əməkdaşlarının işlə bağlı olan təyinat nöqtələrinə çatdırılması üçün logistika işlərinin koordinasiya edilməsi;
  • Ölkə xarici ezamiyyətlər zamanı əməkdaşlar üçün bilet və otel rezervasiyasını təşkil edilməsi;
  • Müəssisə direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması, gündəliyinin tutulması (görüşlər, zənglər, qəbullar, iclasalar v.s.);
  • Müəssisə direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlarin təşkili v.s.)
  • Rəhbərin imzalayacağı sənədləri nəzərdən keçirməsi, redaktə və korrektə edilməsi;
  • Aylıq hesabatların, təqdimatları hazırlaması və rəhbərə təqdim edilməsi üçün aidiyyatı şöbələri məlumatlandırması
  • Rəhbər tərəfindən keçirilən iclasların hazırlıq işlərinin aparılması (lazımi materialların toplanılması, iclasın vaxtı və yeri, gündəliyi, qeydiyyatı barədə iştirakçılara məlumat verilməsi), iclas protokollarını tərtib edilməsi, iclas iştirakçılarına mail şəklində göndərilməsi və protokolların arxivlənməsi ;
  • Müəssisə direktorunun Adminstrativ tapşırıqlarının yerinə yetirilməsi;

Vəzifəyə tələb olunan səriştələr:

  • Dürüstlük
  • Nəticə yönümlülük
  • Məsuliyyət
  • Komandada işləmək
  • Stressə davamlılıq
  • Analitik düşünmə qabiliyyəti

Əmək şəraitinin şərtləri:

  • İş yeri Sumqayıt şəhərindədir
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
  • İş vaxtı 1-5-ci günlər 09:00-18:00
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı 450-500 AZN

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.
CV – lər 28 Sentyabr 2020-ci il tarixinədək qəbul olunur.

Xahiş edirik, mövzu hissəsində “Ofis menecer” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) hr@technol.az e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı