Ofis meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BERC Group Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Daxil olan zənglərə cavab verilməsi və təşkilati prosedurlara uyğun olaraq müraciət edənlərin sualarının cavablandırılması
  • Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi, icrasına nəzarət
  • Xidmətlər haqqında müştərilərə dəqiq və dolğun məlumatların verilməsi və aidiyyatı şöbələrə yönləndirilməsi
  • Müəssisənin siyasət və prosedurları barədə məlumat, xidmətlər və yeniliklər barədə daimi məlumatlı olmaq
  • Təlimlərə müraciət edən şəxslərin qeydiyyatını aparmaq və müqavilələrin bağlanmasını təmin etmək
  • Tapşırıqların yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi
  • İclasların planlaşdırılması, təşkili və koordinasiyası
  • Daxili standartların tətbiqinə nəzarət edilməsi
  • Şirkətin mebel inventarı ilə təmin edilməsi, onların qorunması və vaxtında təmir olunmasına nəzarət edilməsi
  • Təmizlik işlərinin və otaqların səliqəli saxlanmasının təşkil edilməsi

Vəzifəyə dair bilik və bacarıqlar:

  • Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus və ingilis dilləri üzrə bilikləri  olması üstünlükdür )
  • Telekommunikasiya və ofis avadanlığından düzgün istifadə qaydaları
  • Yüksək səviyyədə nitq qabiliyyəti və təqdimat bacarığı
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
  • Səmimi, gülərüz, ünsüyyətcil olmalıdır.
  • Problemləri həll etmək bacarığı
  • Dinləmə və informasiyanı şərh etmək bacarığı
  • Vaxtın idarə edilməsi bacarığı;
  • Ofis proqramlarını bilməlidir.

Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

BERC şirkətlər qrupu sizə nə vəd edir?

  • Rəqabət qabiliyyətli əmək haqqı
  • Korporativ nömrə və danışıq paketi
  • Təlim və kurslardan endirimli yararlanmaq imkanı

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 16.03.2023-cü il tarixinədək elektron ünvanına mövzu yerinə “ofis menecer” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı