Ofis meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600 AZN. Qartal Construction Company Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir.

Tələblər:

  • Minimum 1 il ofis meneceri vəzifəsində iş təcrübəsi olmalıdır;
  • Ali təhsilli olmalıdır;
  • Ofis proqramlarını (Word, Excel, Outlook ) mükəmməl bilməlidir;
  • İşində dəqiq, məsuliyyətli, işgüzar olmalıdır;
  • Xanım namizədlərə üstünlük veriləcək;
  • Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcəkdir;

İş haqqında məlumat:

  • Anbara və avtomobil təsərrüfatına təchizatçılardan alınan materialların və tikinti sahələrinə göndərilən materialların anbar məxaric və mədaxil orderlərinin hazırlanması, firmanın məsul icraçılara imzaladıb qeydiyyatının aparılması;
  • Avtomobillər üçün yol vərəqlərinin komputerdə hazırlanması;
  • Gündəlik istehsalat sahəsinə və avtomobil təsərrüfatında işə çıxan işçilərin tabelini hazırlayıb baş ofisin ofis menecerinə göndərilməsi;
  • Müəyyən edilmiş formada ay ərzində sərf olunan yanacağın hesabatının aparılması;
  • İstehsalat sahəsi və avtomobil təsərrüfatı üçün tələb olunan məktubların, emaillərin yazılması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;

İş şəraiti:

  • İş saatı 09:00-18:00;
  • İstirahət günü – Şənbə və Bazar günləri;
  • Nahar firma tərəfindən təmin edilir;
  • Əsas iş yeri Sumqayıt şəhərində 50-ci məhəllə, Çerkassi küçəsi 220 – Qartal Tikinti Firmasının istehsalat sahəsindədir.
  • Firmanın baş ofisi- Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə

Əmək haqqı: 600 AZN ( Vergilər xaric kartından çıxaracağı məbləğ )

Əlaqə vasitələri:

Rəngli şəkliniz olan CV-ləri e-mail adresinə, mövzu hissəsində “Ofis meneceri yazmaqla göndərmələri xahiş olunur.

 

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı