Ofis meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Elit Academy Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında məlumat:

  • Elit Academy xaricdə təhsil və karyera mərkəzi.
  • 2012 – ci ildən etibarən Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda tələbələrin xaricdə təhsil proqramlarının hazırlanması ilə məşğuldur.

İş barədə məlumat :

  • Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması.
  • Müştərilərə lazımı məlumatların verilməsi, düzgün yönləndirilməsi.
  • Sənədlərin qəbulu, göndərilməsi və aidiyyatı üzrə şöbələrə yönləndirilməsi.
  • Sənədlərin tamlığına,sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi,çeşidlənməsi,qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək.
  • Görülən işlərlə bağlı hesabatların hazırlanması.
  • İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
  • 2-3 ay təcrübə müddəti.
  • Təcrübə müddəti ödənişlidir.
  • İş saatı 10:00 – 18:00

Namizəd üçün tələblər.

  • Ali təhsil
  • 20-30 yaş aralığında gənclər.
  • Kompyuter bilikləri: Word,Excel,Outlook
  • Əla səviyyədə Azərbaycan dili ( Rus və ya ingilis dili bilməsi üstünlüklüdür )
  • Ofis avadanlığı ilə işləmək bacarığı.
  • Səlis və aydın nitq qabiliyyəti.
  • Yüksək ünsiyyət qurma və komanda da işləmək bacarığı.
  • Çevik qərar vermə,detallara qarşı diqqətlilik,təşkilatçılıq.
  • Səliqəli xarici görünüş,nəzakətli danışıq,intizamlı və işinə qarşı məsuliyyətli olmağ.
Vakansiyaya müraciət üçün CV – nizi ” Ofis meneceri ” mövzusu ilə İnfo@elitacademy.az E-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı