Qısa məzmun
Grand Motors Company Ofis Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
- Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
- E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək
- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək
- Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanaraq müvafiq şöbəyə yönləndirmək
- Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək
- Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək
- İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək
- Səlahiyyəti çərçivəsində birbaşa rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək
Əsas tələblər:
- Ali Təhsil
- Rus və ya ingilis dili yaxşı səviyyədə
- Aktiv, səliqəli , işə həvəsli ( xanım namizədlərə üstünlük verilir )
- Yazılı və şifahi ünsiyyət bacarıqları ,
- MS Office programları üzrə biliklər (Word , Excel )
İş şərtləri:
Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4 ( Servis xidməti mövcuddur )
Ə/h: 500-600 AZN
Maraqlanan namizədlər mövzu yerində “Ofis Menecer” yazmaqla öz CV-lərini hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İnsan Kapitalı üzrə Biznes Partnyor
Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...