Ofis menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Yelo Bank Ofis menecer vəzifəsi üzrə vakansiya elan edir.

Həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə isə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Bakı, Mərdəkan, Gəncə filialları üzrə ofis menecer” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Bakı_Ofis menecer”, “Mərdəkan_Ofis menecer”, “Gəncə_Ofis menecer” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Pərakəndə məhsullarının satışı departamenti / Bakı, Gəncə, Mərdəkan filialları
Vəzifə: Ofis menecer kiçik mütəxəssis / mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial rəhbəri

Vəzifə öhdəlikləri:

  • Banka daxil olan müştərilərin qarşılanması və müvafiq şöbələr üzrə yönləndirilməsi
  • Bank məhsulları hakqında müştəriləri dolğun məlumatlandırmaq
  • Müştəriləri ATM, Pos terminal və bənzəri bank avadanlıqlarının istifadəsi qaydaları barədə maarifləndirmək
  • Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönəltmək

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır
  • Word və Excel proqramlarından istifadə bacarığı
  • Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
  • Komanda ilə işləmək bacarığı
  • Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
  • İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı