Mühəndis-Texnoloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. METAK Mühəndis-Texnoloq vəzifəsi üzrə vakansiya elan edir.

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 900-dan çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Mühəndis-Texnoloq

İşin təsviri:

  • Pressforma, ştamp, tərtibat və digər məmulatların detallarının hazırlanması, onların yığılması üzrə texnoloji əməliyyatların ardıcılığını təyin etmək;
  • Sexə daxil olan konstruktor sənədlər əsasında məhsulun konstruksiyasının texnoloji cəhətdən səmərəliliyini müəyyənləşdirilməsində iştirak etmək;
  • Məhsulların istehsal qrafiklərinin tərtib olunmasında, mal-materialın, alət və tərtibatların sifarişində və hazır məhsulun təhvil verilməsində iştirak etmək;
  • Sexdə texnoloji nizam-intizama əməl olunmasına və avadanlıqların düzgün istismarına nəzarəti həyata keçirtmək;
  • Zay və aşağı keyfiyyətli məhsulların əmələ gəlmə səbəblərini araşdırmaq və onların aradan qaldırılması üçün tədbirlərin işlənməsində iştirak etmək.

Tələblər:

  • Təhsil: Ali (ixtisas: Maşınqayırma);
  • İş təcrübəsi: minimum 3-5 il (Mühəndis-texnoloq olaraq);
  • Dil bilikləri: Azərbaycan, Rus.
  • Texniki sənədlərlə, çizgilərlə, AutoCad proqramında işləmə bacarığı;
  • Planlama qabiliyyəti, yüksək təçkilatçılıq bacarığı;
  • İşgüzar ünsiyyət bacarığı.

İş şəraiti:

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
  • 6 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/24 və ya hr@metak.az ünvanına CV göndərərək 18.06.2021– ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı