Mühəndis-texnoloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Titan group Mühəndis-texnoloq vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Soyuducu kameraların istilik gücünün hesablanması;
  • Avadanlıqların seçilməsi, dizayn edilməsi;
  • Smeta işlərinin aparılması;
  • Dizayn olunmuş avadanlıqların ERP proqramına işlənilməsi;
  • Layihə sənədlərinin rəsmiləşdirilməsi;
  • Həyat dövrünün bütün mərhələlərində layihənin idarə edilməsi;
  • Normativ sənəd, texniki pasport və instruksiyaların hazırlanması;
  • Soyutma komponentlərinin (buxarlandırıcı və kondensator) proqram vasitəsilə layihələndirilməsi, texniki sənədlərin hazırlanması;
  • Müvafiq şöbədən daxil olan tapşırıqların yerinə yetirilməsi;
  • Həftəlik hesabatların hazırlanması və müvafiq şöbəyə təqdim edilməsi.

Namizədə tələblər:

  • Mexanika mühəndisliyi, Sənayə mühəndisliyi və Kimya mühəndisliyi elmləri sahəsində ali təhsil;
  • Microsoft Office (Word, Excel, Power Point, Outlook);
  • AutoCAD proqramında sərbəst işləmə bacarığı, Solidworks və Ansys proqramları üzrə işləmə bacarığı arzuolunandır;
  • Müvafiq sahə üzrə 1-2 illik iş təcrübəsi;
  • Fizika, Kimya və Riyaziyyat fənləri üzrə dərin biliklərə malik olmaq;
  • Soyuducu maşınların işləmə prinsiplərini və quruluşunu bilmək;
  • Soyuducu sistemlərin layihələndirilməsi, istilik mübadiləsi avadanlıqlarının seçilməsi, soyuducu qurğular, çillər və s. üzrə biliklər arzuolunandır;
  • Azərbaycan və Rus dili biliyi (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili arzuolunandır;
  • Güclü analitik təhlil qabiliyyətinə və riyazi düşüncəyə malik olması;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı.

İş qrafiki:

  • 09:00-18:00; (Bazar ertəsi – Cümə)
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
  • Uyğun olan namizədlər öz CV-lərini mövzu hissəsində “Sənayə soyutma sahəsi üzrə Mühəndis-texnoloq” qeyd etməklə hr@titan.az mailinə  göndərə bilərlər.
  • Ünvan: Y.Səfərov k., 1A/2, Bakı, Azərbaycan.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı