Mühəndis-Mexatronik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Halal-P Mühəndis-Mexatronik vəzifəsi üzrə vakansiya elan edir. Komputer və Windows əməliyyat sistemi üzrə texinki biliklər olmalıdır.

İş haqqında məlumat:

  • Avadanlıqların satışdan sonrakı quraşdırılması, diaqnostikası, profilaktikası və təmir işlərinin görülməsi;
  • Daxil olan sorğular əsasında istehsalçı şirkətlərlə əlaqə saxlayaraq yaranmış problemlərin aradan qaldırılması yollarının tapılması;
  • Proqram təminatı ilə (uzaqdan) idarə olunan avadanlıqların diaqnostikası və nasazlığının operativ şəkildə aradan qaldırılması;
  • Göstərilən xidmətlərin texniki keyfiyyətinin nəzərdən keçirilməsi;
  • Avadanlıqların iş prinsipində mövcud ola biləcək problemlərinin təsbit edilməsi və həlli üçün tədbir görülməsi;
  • Texnoloji avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi;
  • Texniki biliklərin artırılması üçün ölkə xaricində istehsalçı şirkətlər tərəfindən keçirilən təlimlərdə iştirak edilməsi.
  • İş qrafiki-Həftənin bazar ertəsi-cümə günləri 09:00-18:00

Tələb olunan minimum bilik, səriştə və keyfiyyətlər:

  • Ali təhsil (Mexanika, elektronika, elektrik, elektrotexnika sahəsində üstünlük verilir);

Üstünlük verilən meyarlar:

  • Öyrənmək və inkişaf etmək potensialı və istəyi;
  • Şəbəkə texnologiyaları barədə məlumatlı olması
  • Komputer və Windows əməliyyat sistemi üzrə texinki biliklər

Tələblərə uyğun gələn namizədlərdən mövzu sətrində “Mühəndis-Mexatronik” qeyd edərək CV-lərini hr@halal.az elektron ünvanına göndərməkləri xahiş olunur.

“Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı