Mühəndis (metal boru istehsalı üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. METAK Mühəndis (metal boru istehsalı üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 900-dan çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Mühəndis (metal boru istehsalı üzrə)

İşin təsviri:

  • Mövcud istehsal proseslərinin optimallaşdırılması;
  • Dəqiq hesablanmış istehsal proseslərinin həyata keçirilməsi;
  • Məhsul istehsalının ilkin mərhələsindən hazır məhsul mərhələsinə qədər texnoloji proseslərin hər birində iştirak etmə;
  • Cizgi çəkmə qaydalarına riayət etmə və tələb olunan ölçüyə uyğun olaraq eskiz sənədlərinin hazırlanması;
  • Avadanlıqların texniki baxışının nəzarətdə saxlanılması.

Tələblər:

  • Təhsil: Ali (Sənaye mühəndisliyi/Metallurgiya);
  • İş təcrübəsi: minimum 3-5 il (Mühəndis olaraq);
  • Dil bilikləri: Azərbaycan, Rus.
  • Metalın soyuq yayma prinsiplərini bilməli;
  • Texniki sənədlərlə, çizgilərlə, AutoCad proqramında işləmə bacarığı;
  • Planlama qabiliyyəti, yüksək təçkilatçılıq bacarığı
  • İşgüzar ünsiyyət bacarığı.

İş şəraiti:

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
  • 6 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/20 və ya hr@metak.az ünvanına CV göndərərək 04.06.2021– ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı