Mühəndis (Xızı)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Facility Management Group Mühəndis (Xızı) vəzifəsi üzrə vakansiya elan edir.

Nə təklif edirik?:

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramı əsasında şirkətlər qrupu əməkdaşlarının yüksək endirimdən yararlanmaq imkanı;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları.

İşin təsnifatı:

  • Təmir-tikinti layihələrinin idarə olunması;
  • Əmlakların istismara təhvil alınması;
  • İşə qəbul, performans, təlim, karyera planlaşdırılması, intizam məsələləri və komanda motivasiya, o cümlədən komanda üzvləri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi;
  • Təmir sahələrində layihənin təhlükəsizliyinin və düzgünlüyünün təmin edilməsi;
  • Mühəndislik və texniki xidmət strukturunun və idarəetmə sisteminin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi;
  • Tikintinin idarə olunması proseslərini təkmilləşdirmək və inkişaf etdirilməsi;
  • Podradçı və subpodradçı təşkilat və briqadaların işlərinin əlaqələndirilməsi;
  • Tikinti sənədlərinin düzgün aparılmasına nəzarət;
  • Layihələrin iş planına, razılaşdırılmış müddətə və ayrılmış büdcəyə uyğun olaraq həyata keçirilməsinin təşkili;
  • Tikinti hesabatlarının və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Tikinti üçün tələb olunan işçi heyətinin formalaşdırılmasının təşkili;
  • Əlavə işlərin və ehtimal büdcənin hesablanması, baxım planının hazırlanması;
  • Rəsmi qurumlarla əlaqələrin təmin edilməsi;
  • Profilaktik baxım proqramının hazırlanması və həyata keçirilməsi.

Tələblər:

  • Müvafiq və oxşar sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Mükəmməl ünsiyyət – Bütün səviyyələrdə işləmək və əməkdaşlıq etmək və məsləhət vermək bacarığı;
  • Yaxşı planlaşdırma və monitorinq bacarıqları;
  • Yüksək təşkilatçılıq bacarıqları;
  • Nizam-intizamlı və dəqiq, məsuliyyətli;
  • Yüksək texniki biliklər;
  • AutoCAD, MS Office (Excel) və 1C proqramlarından üstün səviyyədə istifadəçi təcrübəsi;
  • Layihələrin idarə edilməsi təcrübə.

Qeyd: İş yeri Xızı rayonunda, yerləşir.

Xahiş olur CV-lərinizi Mühəndis(Xızı) başlığı altında e-mail ünvanına yollayasınız.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı