Qısa məzmun
Ə/h 500-600 AZN. Qartal Construction Company Mühasib-kassir vəzifəsi üzrə vakansiya elan edir. Nahar firmanın hesabına verilir.
Tələblər:
- Ali təhsilli, xanım namizəd tələb olunur;
- Yaş: 20-32;
- ƏDV ödəyicisi olan şirkətdə mühasib kimi ən az 2 il iş təcrübəsi olmalı;
- Vergi Məcəlləsini və mühasibat uçotu üçün digər qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
- Kompüter biliyi yüksək səviyyədə (1C7.7, 1C8.3, Excel, Word, Outlook) olmalı;
- İşgüzar və məsuliyyətli olmalı.
Vəzifə öhdəlikləri:
- Banklardan və digər mənbələrdən nağd vəsatin alınıb kassaya mədaxil olunması, hesabatlarının aparılması;
- Kassa hesabatının (gündəlik və aylıq) və bank hesabatının gündəlik hazırlanması, rəhbərə təqdim olunması;
- AZN və xarici valyuta ilə ödəniş tapşırıqlarının yerinə yetirilməsi;
- ƏDV Depozit hesabından ödənişlərin yerinə yetirilməsi;
- Ödənişlər üzrə gündəlik qaimələrin işlənməsi;
- İşin gedişatına uyğun olaraq, tələb olunan mühasibatlıq hesabatlarının hazırlanması;
- Ayın sonunda artıq-əskik iş saatları da daxil olmaqla ofis işçilərinin, mühəndislərin və fəhlələrin əmək haqqısının baş mühasiblə birgə hesablanması;
- Rəhbərliyin təlimatlarına uyğun digər tapşırıqların yerinə yetirilməsi;
İş haqqında məlumat:
- İş yeri Sumqayıt şəhərində firmanın baş ofisindədir;
- İş saatı 09:00-18:00;
- İstirahət günü – şənbə və bazar günləri;
- Nahar firma hesabına təmin olunur.
Əlaqə vasitələri:
CV-nizi mövzu hissəsində “Mühasib-kassir” qeyd edərək info@qartal.az email ünvanına göndərin.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqələndirici şəxs: Aysel İsgəndərova
Telefon: +994 50 235 48 67
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...