Qısa məzmun
Blue Fire İnternational Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- BTP proqramı, 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi (istehsal və satış və s, e-gov.az , e-taxes .gov.az və digər portallardan istifadə etmək)
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata kecirmək
- Bank və kassa əməliyyatlarının düzgün aparilmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək
- ƏDV,ÖMV, sadələşmiş gəlir ,mənfəət , hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
- Daxil olan pul vəsaitlərinin mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s uçotunun həyata keçirilməsi
- İş saatı 09:00-dan 18:00-dək (5 gün)
Namizədə tələblər:
- Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi
- Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi , BTP proqramı üzərindən mənfəət vergisi, ƏDV, Gəlir vergisi ,ÖMV, Sadələşdirilmiş vergi, Torpaq-əmlak vergisi və s bəyannamələrin tam şəkildə tərtib etmək
- Maliyyə uçotu standartlarına əsasən Maliyyə hesabatlarının Balans, PL (Mənfəət və Zərərin hesabatı), Cash Flow (Pul vəsaitlərinin hərəkəti hesabatı), Kapitalın hərəkəti hesabatının tərtib etmə və analiz edə bilmə
- Mühasibat uçotu tətbiqi proqramları (1C 8.3 MÜTLƏQDİR) – Kompüter bilikəri -Word , Excel -düsturlarla uçotun tətbiqi
İş şəraiti:
- 40 saatlıq iş həftəsi
- İş yeri Sumqayıtda yerləşir.
- Əmək haqqı ilkin 700 AZN.
Uyğun gələn namizədlərdən CV-ni məktubun mövzu (subject) yerində Mühasib qeyd etməklə göndərmələri xahiş olunur
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...