Qısa məzmun
Resant Group Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Həmin sahədə ən azı 7 il iş təcrübəsi olmalıdır.
Vəzifə öhdəlikləri:
- Mühasibinin qarşısında duran əsas vəzifələr şirkət rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir;
- Mühasib şirkətin direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir;
- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir;
- Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır;
- Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir.
Namizədə bağlı tələblər:
- Təhsil-Ali (iqtisadiyyat, maliyyə, mühasibatlıq);
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
- 1C 8.3 mühasibatlıq proqramında işləmək bacarığı;
- Həmin sahədə ən azı 3 il iş təcrübəsi;
- E-qaimə fakturalarının, VHF yazılması, vergi qanunvericiliyi ilə və e-gov.az , e-taxes.gov.az proqramı ilə işləmə bacarığı;
- Əla səviyyədə Azərbaycan və rus dili, ingilis dili (orta səviyyədə);
- Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.
- Xanım namizədlərə üstünlük veriləcəkdir.
İş Şərtləri:
- İş vaxtı: həftədə 5 gün;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: müsahibə zamanı təyin olacaqdır.
Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...