Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MSDIS Holding Mühasib Vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Vergi uçotu və DSMF ilə bağlı əməliyyatların, statistika ilə bağlı bütün hesabatların həyata keçirilməsi;
- Tikinti sahəsinə aid olan pul vəsaitinin uçotunun izlənilməsi və hərəkətinə nəzarət edilməsi;
- Ödəniş tapşırıqlarının hazırlanması;
- Xərclər smetasının hazırlanması, zərərlərin qarşısını alınması məqsədilə tədbirlərin həyata keçirilməsi;
- Müvafiq dövlət idarələri ilə yazılı və ya şifahi danışıqların aparılması;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin uçotunun aparılması və mühasibat uçotu hesabatlarında onların dövriyyəsinin izlənilməsi;
- Vergi Hesab Fakturalarının və E-Qaimələrin yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Mühasib kimi 1-3 il iş təcrübəsi;
- MS Office və 1C 8.3 proqramları üzrə biliklərə sahib olmalı;
- Vergi və Əmək qanunvericilikləri üzrə məlumatı olmalı;
- Məsuliyyət, komandada işləmə bacarığı, diqqət.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- İş yeri: Nərimanov rayonu, Luxen Plaza;
- Əlaqə nömrəsi: 051-201-21-97, 051-201-21-18.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Mühasib” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...